08:35
1 029
ABŞ Dövlət katibi Marko Rubio Amerika prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Sankt-Peterburqa yola düşdüyünü bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Digər təfərrüatlar verilmir.
Oktyabrın 19-da "Axios" portalının müxbiri Barak Ravid Uitkoffun Osloda Volodimir Zelenski ilə məsləhətləşmələr apardıqdan sonra Rusiyaya səfər etməyə və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə ümid etdiyini bildirmişdi. Oktyabrın 20-də TASS-ın mənbəsi ABŞ prezidentinin xüsusi elçisi Uitkoffun oktyabrın 21-də Rusiyaya səfər etmək planlarının təsdiqləndiyini xəbər verib.
Məryəm Quliyeva