17:42
497
Volodimir Zelenskinin Ofis rəhbəri Kirill Budanov hazırda ABŞ ilə aparılan danışıqları çətin kimi qiymətləndirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
Osloda Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqları planlaşdırılır. Ukrayna mediasının məlumatına görə, danışıqlarda Kiyevi Budanov, onun müavinləri Serhiy Kislıtsya və Pavlo Palisa, eləcə də Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov təmsil edir. ABŞ-ni isə Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner (onlayn formatda) təmsil edəcək.
Artıq Norveçə gəlmiş Volodimir Zelenskinin də onlara qoşulacağı gözlənilir.
Məryəm Quliyeva