“Bitcoin”in qiyməti 83 min dollara yaxınlaşıb İqtisadiyyat

“Bitcoin”in qiyməti 83 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,78% artaraq 82 702,71 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 1,06% ucuzlaşıb, son 30 gündə isə 1,72% bahalaşıb.

“Ethereum” 1,26% bahalaşaraq 2 442,05 dollara, BNB 1,55% artaraq 740,69 dollara, “Zcash” isə 10,29% yüksələrək 1 261,93 dollara çatıb.

Digər kriptovalyutalarda da əsasən müsbət dinamika müşahidə olunub. “Bitcoin Cash” 1,65% bahalaşaraq 284,21 dollara, “Bittensor” 1,43% artaraq 271,40 dollara, “Solana” isə 0,56% yüksələrək 105,76 dollara çatıb.

Bununla yanaşı, “Monero” ümumi bazar dinamikasından fərqli olaraq 4,37% ucuzlaşaraq 576,76 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,35% azalaraq 4 124,50 dollara, “Tether Gold” (XAUT) isə 0,48% geriləyərək 4 119,22 dollara düşüb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,17% artaraq 168,09 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,66 trln. dollar səviyyəsində qərarlaşıb.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı bahalaşma əvvəlki günlərdə müşahidə olunan ucuzlaşmadan sonra qiymətlərin qismən bərpası və investorların alış fəallığının artması ilə əlaqələndirilə bilər. Bununla belə, əsas kriptovalyutaların bir hissəsində həftəlik dinamikanın mənfi qalması bazarda satış təzyiqinin tam aradan qalxmadığını göstərir.