İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-9" dronunu vurub Gündəm

İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-9" dronunu vurub

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elitar hissələri) Hava Hücumundan Müdafiə qüvvələri Hörmüz boğazı səmasında ABŞ-yə məxsus "MQ-9" insansız uçuş aparatını (İUA) vurub.

Xalqcebhesi.az -ın məlumatına görə, "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən bildirib ki, "Dünən axşam SEPAH-ın Hava Hücumundan Müdafiə qüvvələri Hörmüz boğazının hava məkanına nəzarət edərkən bir ədəd "MQ-9" PUA-sını aşkarlayıb və dərhal məhv edib".

Vaşinqton və Tehran arasında münaqişə başlayandan bəri İranın HHM sistemləri 50-dən çox "MQ-9" PUA-sını məhv edib.

Məryəm Quliyeva