10:36
434
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2026-cı il sentyabrın 30-na Azərbaycanda ümumi dəyəri 450,9 milyon avro olan 47 layihənin maliyyələşdirilməsi üzrə sazişlər imzalayıb.
"APA-Economics" Banka istinadən xəbər verir ki, 42 əməliyyat üzrə faktiki maliyyələşdirmənin həcmi 711,8 milyon avro təşkil edib. Bankın Direktorlar Şurası isə ümumi dəyəri 453,8 milyon avro olan layihələri təsdiqləyib.
İmzalanmış layihələr portfelində ən böyük pay maliyyə sektoruna (50,28%) və energetikaya (35,23%) məxsusdur.
Bankın Azərbaycandakı iri layihələri sırasında SOCAR-ın 75 milyon ABŞ dolları, “Bank Respublika”nın 25 milyon manat, “Unibank”ın 7 milyon ABŞ dolları və “Azər-Türk Bank”ın 5 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsi yer alır.