AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələdi İdman

AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələdi

AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.

Bu barədə qurumun İntizam Komitəsinin qərarında bildirilib.

Qərara əsasən, Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” – “Neftçi” matçında Ağdam klubunun azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə “Qarabağ” 5000 manat cərimələnib.

“Neftçi” isə qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 3000 manat cərimə edilib.

Bundan başqa, görüşün 90+4-cü dəqiqəsində “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı stadiona kiçik zərər vurub. Dəymiş zərər yerində ödənildiyi üçün ona xəbərdarlıq edilib.

Qeyd edək ki, “Qarabağ” və “Neftçi” arasında oktyabrın 17-də keçirilən qarşılaşma Misli Premyer Liqasının VIII turu çərçivəsində baş tutub. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb.