Ermənistanın üzvlüyü dayandırılarsa, Aİİ ölkələri ilə ticarət dövriyyəsi 55,6% azala bilər Dünya

Ermənistanın üzvlüyü dayandırılarsa, Aİİ ölkələri ilə ticarət dövriyyəsi 55,6% azala bilər

Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılması halında ölkənin ittifaqa üzv dövlətlərlə ümumi ticarət dövriyyəsi 4,4397 milyard dollar və ya 55,6% azala bilər.

APA xəbər verir ki, bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin hazırladığı Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin məruzəsində bildirilib.

Sənəddə qeyd olunur ki, Ermənistanın Aİİ-yə üzv ölkələrlə ticarət dövriyyəsi 2025-ci ilin göstəricisi olan 7 milyard 990,6 milyon dollardan 3 milyard 550,9 milyon dollara qədər azala bilər.

Bildirilir ki, Ermənistanın Aİİ-də üzvlüyünün dayandırılması məhsullara tam həcmdə sanitar və baytarlıq-sanitariya nəzarətinin tətbiqinə səbəb olacaq.

Bundan başqa, üzvlüyün dayandırılması əmək qüvvəsinə kvotaların tətbiqinə və Ermənistandan olan vətəndaşların işləmək üçün patent alması zərurətinə gətirib çıxara bilər.