Binance-ə 6,3 milyard dollarlıq haker hücumu: Bütün əməliyyatlar dayandırıldı Gündəm

Binance-ə 6,3 milyard dollarlıq haker hücumu: Bütün əməliyyatlar dayandırıldı

"Təhlükəsizlik insidenti" nəticəsində Binance kriptovalyuta birjasının itkiləri 6,3 milyard dollar təşkil edə bilərdi.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə platforma rəhbərliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ümumi zərər təxminən 6,3 milyard dollar dəyərində qiymətləndirilir. Blokçeyn sənayesindəki tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində təsirlənmiş aktivlərin bir hissəsini dondurmağa müvəffəq olduq - hazırda təxminən 3 milyard dollar birbaşa blokçeyndə bloklanıb. Binance bütün zərəri ödəyəcək, istifadəçilərin vəsaitləri təhlükəsizlikdədir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, "təhlükəsizlik insidenti mühəndisin noutbukunun ələ keçirilməsi ilə bağlı ola bilər". "Bu, hücumçuya xidmət konteynerinə giriş əldə etməyə və vəsaitlərin çıxarılması üzrə icazəsiz əməliyyatları başlatmağa imkan verib. Pul kisələrinin məxfilər açarlarının sızmasına dair heç bir əlamət aşkar edilməyib. İstintaq başa çatan və bütün faktlar diqqətlə yoxlanılan kimi insidentin yekunlarına dair ətraflı texniki hesabat hazırlayacağıq", - deyə platforma rəhbərliyi bəyan edir. Binance kriptovalyuta birjası vəsaitlərin mədaxili və məxarici üzrə bütün əməliyyatları dayandırıb.

Daha əvvəl Binance kriptovalyuta birjasının keçmiş direktoru Çanpen Çjao platformanın hakerlər tərəfindən ele keçirilmiş ola biləcəyini bəyan etmişdi.

Məryəm Quliyeva