ABŞ-da iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub Dünya

ABŞ-da iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub

ABŞ-ın Oreqon ştatında iki helikopterin havada toqquşması nəticəsində üç nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, Yamhill dairəsi şerifinin idarəsindən verilən məlumata görə, qəza oktyabrın 29-da Makminvill şəhərinin şimalında baş verib.

Həlak olanlardan ikisi "Robinson" helikopterindəki tezaslı təlimatçı-pilot və Böyük Britaniyadan olan tələbə, digəri isə "Airbus" gəmisindəki 38 yaşlı yerli sakindir. Qəzanın səbəbləri hələlik məlum deyil; ABŞ-nin Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası və Mülki Aviasiya İdarəsi tərəfindən araşdırma aparılır.

Məryəm Quliyeva