10:22
497
Azərbaycan regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsinə yönəlik təşəbbüslərlə daim çıxış edib. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün təkmil sülh modeli təklif edib.
Ermənistan buna məcburdur.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
Xatırladaq ki,Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib.
O, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyib.
F.Kətimov deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşmanı yekunlaşdırması üçün sülh sazişi imzalanmalıdır. Bunun üçün də bu iki dövlətə qarşı ərazi iddiaları, qonşuluq münasibətlərinin ruhuna uyğun olmayan müddəalar Ermənistan konstitusiyasından mütləq çıxarılmalıdır: "İnanıram ki, Paşinyan reallığa uyğun addım ataraq Azərbaycanla sülh sazişi bağlayacaq. Bu onun özü üçün də çox vacibdir. Ermənistanın ayaqda durması üçün Azərbaycanla sülh vacibdir".
Cavid