UKMTO: Oman körfəzində gəmidə yanğın qeydə alınıb Dünya

UKMTO: Oman körfəzində gəmidə yanğın qeydə alınıb

Oman körfəzində gəmidə yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Yanğın Omanın Habba şəhərindən şimal-şərqdə, Hörmüz boğazı rayonunda qeydə alınıb. Gəmi ölkə hüdudlarından kənara doğru hərəkət edirmiş. Yanğının səbəbi hələlik məlum deyil.

Məryəm Quliyeva