Ceyranbatan qəsəbəsində 8 şagird məktəbdə zəhərlənib - YENİLƏNİB-1 Hadisə

Ceyranbatan qəsəbəsində 8 şagird məktəbdə zəhərlənib - YENİLƏNİB-1

Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbinin açıqlaması 29.10. 2026-cı il tarixində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***

17:20

Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

17:09

Ceyranbatan qəsəbəsində şagirdlər zəhərlənib.

APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, məsələ nəzarətə götürülüb.

Faktla bağlı AQTA tərəfindən araşdırmaya başlanılıb.