16:51
497
Küveyt Xarici İşlər Nazirliyi casusluq işi üzrə İran diplomatik nümayəndəliyinin bəyanatı ilə bağlı İran səfirini çağırıb və ona etiraz notası təqdim edib.
Xalqcebhesi.az xəbər verir ki, Küveyt idarəsində İran tərəfinin mövqeyi qətiyyətlə pislənilib, bu, əmirliyin daxili işlərinə müdaxilə və onun məhkəmə sisteminin müstəqilliyinə qəsd kimi qiymətləndirilib.
Daha əvvəl İranın Kuveytdəki səfirliyi ölkənin cinayət məhkəməsinin qərarını tənqid etmişdi. Məhkəmə Tehranın xeyrinə casusluq etməkdə və bir sıra yüksəkrütbəli şəxslərə, o cümlədən daxili işlər nazirinə qarşı suiqəsd hazırlamaqda ittiham olunan üç nəfəri, o cümlədən bir İran vətəndaşını ölüm cəzasına məhkum etmişdi.
Məryəm Quliyeva