Didye Deşam “Yuventus”u çalışdıra bilər İdman

Didye Deşam “Yuventus”u çalışdıra bilər

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam İtaliyanın “Yuventus” klubunu çalışdıra bilər.

Xarici KİV xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 58 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

Klub rəhbərliyi hazırda işsiz olan Deşama rəsmi təklif göndərməyi planlaşdırır. Buna səbəb A Seriyası təmsilçisi “Yuventus”un turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşmasıdır.

Hazırki baş məşqçi Lusiano Spalettinin gələcəyi həftəsonu “Napoli” ilə keçiriləcək qarşılaşmadan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisindın ayrılıb. Fransa yəığması mundialı dördüncü yerdə başa vurub.