Siqnaxidə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının XI iclası başlayıb Siyasət

Siqnaxidə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının XI iclası başlayıb

Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, toplantıdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycan və Gürcüstanın Baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.

İclasda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Siqnaxidə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının XI iclası başlayıbSiqnaxidə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının XI iclası başlayıbSiqnaxidə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının XI iclası başlayıb