AK bu gün Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edəcək Gündəm

AK bu gün Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edəcək

Avropa Komissiyası bazar ertəsi, noyabrın 23-də Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın "TVP World" telekanalı yüksək rütbəli avropalı məmura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Avropa təklif olunan məhdudiyyətləri günün ikinci yarısında elan edəcək.

Tədbirlər daha sonra Avropa İttifaqının bütün ölkələrinin səfirləri tərəfindən razılaşdırılmalı, ardınca isə nazirlər səviyyəsində Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Avropa Komissiyası daha əvvəl 22-ci sanksiya paketinin layihəsini "noyabrın sonuna qədər" təqdim edəcəyini və ilin sonunadək qüvvəyə mindirəcəyini vəd etmişdi.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın bəyan etdiyi kimi, 22-ci sanksiya paketinə 150 fiziki şəxs və şirkət daxil ediləcək. Bu tədbirlər blokuna ikili təyinatlı texnikanın ixracına dair yeni qadağalar, banklara, kriptovalyuta platformalarına, eləcə də tankerlərə qarşı məhdudiyyətlər daxil olmalıdır. Avropa Komissiyası həmçinin Xüsusi Hərbi Əməliyyatın (XHƏ) bütün iştirakçılarına viza qadağası tətbiq edilməsi ilə bağlı təklif formalaşdırmağa çalışır, lakin bir sıra Aİ ölkələri bu tədbirin praktikada icrasını son dərəcə çətin hesab edir.

Məryəm Quliyeva