Qərb kəşfiyyatı: Rusiya ilin sonunadək kosmosa nüvə başlıqlı peyk buraxa bilər Gündəm

Qərb kəşfiyyatı: Rusiya ilin sonunadək kosmosa nüvə başlıqlı peyk buraxa bilər

Qərb kəşfiyyat xidmətləri hesab edirlər ki, Rusiya ilin sonuna qədər kosmosa nüvə döyüş başlığı daşıyan peyk buraxa bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu, Almaniyanın "WDR" və "NDR" televiziya kanalları və "Süddeutsche Zeitung" qəzetinin araşdırmasına əsasən baş verib.

Onların məlumatına görə, NATO ölkələri bu yaxınlarda "Sputnik-S" adlı belə bir obyektin artıq bir neçə ildir Moskva ətrafında hazır vəziyyətdə saxlanıldığı və yaxın 60 gün ərzində kosmosa çıxarıla biləcəyi barədə məlumat mübadiləsi aparıblar. Bundesverin Kosmik Komandanlığının qiymətləndirməsinə əsasən, "Sputnik-S" artıq dekabr ayında buraxıla bilər.

Hərbçilər, kəşfiyyat əməkdaşları və siyasətçilər artıq bir neçə ildir ki, Rusiyanın kosmosda çoxlu sayda peyki zədələyə və ya məhv edə biləcək nüvə bombası partlayışına mümkün hazırlığı barədə xəbərdarlıq edirlər. ABŞ bununla bağlı ilk daxili xəbərdarlıqla 2023-cü ilin fevralında çıxış edib.

Bu, Yer kürəsi üçün fəlakətli nəticələrə gətirib çıxara bilər, çünki peyklər həm mülki həyatda, həm də silahlı qüvvələrin fəaliyyətində mühüm rol oynayır.

KİV-in sorğusuna cavab olaraq Rusiya səfirliyi bildirib ki, "Rusiya Federasiyasının kosmik fəaliyyəti ilə bağlı bütün əsassız fərziyyələri qətiyyətlə rədd edir".

1967-ci il Kosmos haqqında Müqaviləyə əsasən, "Yerətrafı orbitə nüvə silahı və ya digər kütləvi qırğın silahları daşıyan obyektlərin çıxarılması" qadağandır.

Məryəm Quliyeva