Ceyhun Bayramov: Azərbaycan-İtaliya əməkdaşlığının əsas istiqaməti enerji sahəsidir İqtisadiyyat

Ceyhun Bayramov: Azərbaycan-İtaliya əməkdaşlığının əsas istiqaməti enerji sahəsidir

Azərbaycan və İtaliya arasında əməkdaşlığın əsas istiqaməti enerjidir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycan uzun illərdir İtaliya üçün xam neft və təbii qaz təchizatçısıdır. Hazırda isə Xəzər dənizi–Qara dəniz elektrik kabeli layihəsi icra olunmaqdadır. Bu layihənin hazırlanmasında İtaliya şirkətləri mühüm rol oynayırlar. Layihənin növbəti mərhələlərində də faydalanan ölkələrdən birinin İtaliya olmasını arzu edərdik”, - XİN rəhbəri vurğulayıb.