XİN rəhbəri: Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların həcmi artır Siyasət

XİN rəhbəri: Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların həcmi artır

Bu gün danışıqlar kontekstində Avropa, Mərkəzi Asiya ilə nəqliyyat dəhlizləri və logistik layihələrdən danışdıq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, burada Azərbaycanın rolu xüsusi qeyd edilib: “İtaliya şirkətlərinin bu layihələrdə iştirakı təşviq edildi. Artıq ölkələrimiz arasında qarşılıqlı investisiyaların həcmi artmaqdadır. 2026-cı ildə SOCAR tərəfindən İtaliya şirkətinin 99,82% səhmlərinin əldə edilməsi layihəsi başa çatdı. Bu çoxmilyardlıq layihədir. Bu ölkəmizin İtaliya bazarına olan marağıdır. Azərbaycan Dövlət Neft Fondu tərəfindən də İtaliyada olan müxtəlif fondlara investisiyalar qoyulub”.