13:19
266
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlə çıxış edərək Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinin icrasına başlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, Ermənistanın Baş naziri videomüraciətində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sənədin "Cənubi Qafqazı dəyişdirdiyini" və uzunmüddətli sülhün əsasını qoyduğunu bəyan edib. O həmçinin hesab edir ki, bu layihə Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında mühüm rol oynayacaq.
ABŞ Prezidenti isə öz növbəsində layihənin reallaşdırılmasına görə Paşinyana və Əliyevə təşəkkür edib.
Tramp Paşinyanı gələn il Dua Səhər Yeməyində iştirak etmək məqsədilə Vaşinqtona səfəri çərçivəsində Ağ Evə dəvət edib.
Tramp Paşinyanı "müstəsna insan və yaxşı dost" adlandırıb. Amerika lideri regionda sülhü birgə irəli aparmaqda qətiyyətli olduğunu bildirib.
Məryəm Quliyeva