13:15
238
“Azərbaycan və İtaliya arasında çox dərin və güclü əlaqələr mövcuddur. Hər iki ölkənin münasibətləri bir çox sahələrdə özünü uğurla təsdiqləyib. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya ilə çox yaxşı münasibətlərə və dərin əlaqələrə malikdir”.
Bunu xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.
T.İsmayılov qeyd edib ki, Azərbaycan və İtaliya TAP layihəsi çərçivəsində iqtisadi əməkdaşlığa malikdir və bu kontekstdə iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf etməsi özlüyündə həm də böyük bir potensialı ortaya çıxarır: “Bu, yaxın gələcəkdə Azərbaycan və İtaliya arasında təkcə ənənəvi enerji resursları üzrə yox, həm də eyni zamanda alternativ və bərpa olunan enerji məsələlərində də yaxşı əməkdaşlıq imkanlarının ortaya çıxmağına səbəb ola bilər”.
Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti bir neçə dəfə İtaliyaya uğurlu işgüzar səfərləri edib, İtaliyada investorlarla görüşlər həyata keçirilib: “Həmçinin mən İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana uğurlu səfərini xatırlayıram. İtaliya Baş naziri Ciorcia Meloni Azərbaycana səfərində Azərbaycanın İtaliya üçün strateji əhəmiyyətini ön plana çıxarıb. O baxımdan da Azərbaycan-İtaliya münasibətlərindəki əlaqələrin bu gün yüksək səviyyədə olması, diplomatik münasibətlərin dərinləşməsi artıq önəmli bir reallıqdır. İtaliya xarici işlər nazirinin Azərbaycana səfəri fonunda da Azərbaycan-İtaliya münasibətləri daha da dərinləşəcək”.
Röya İsrafilova