21 Noyabr 13:45
20 Noyabr 17:01
11:19
196
“Bu gün artıq nəhayət Ermənistanın yeni konstitusiya layihəsi ictimaiyyətə təqdim olundu və ilkin məlumatlara görə yeni Konstitusiya layihəsində preambula hissəsinə istinad yoxdur. Yəni vaxtilə 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin Qarabağın özünə birləşdirilməsi haqqında qəbul etdiyi qərara istinad edilmir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, bu? iki aspektdən mühüm əhəmiyyət daşıyır: Birincisi siyasi, ikincisi konstitusiya hüququ baxımından: “Konstitusiya hüququ baxımından əlbəttə ki, belə bir hüquqi iddianın olmaması mühüm addım hesab oluna bilər. Azərbaycan bunu israrla tələb edirdi və nəhayət yeni layihədə bu, hüquqi kontekstdə irəliləyiş kimi qiymətləndirilə bilər. İkincisi, siyasi iradə baxımından bu, əhəmiyyətli bir addımdır. Yəni Paşinyanın komandası özündə siyasi iradə taparaq nəhayət sülhün irəliləməsi üçün, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin təsis olunması üçün bir addım atmış oldu”.
“Ancaq qiymətləndirmə aparmaq hələlik çox tezdir. Çünki məsələnin üçüncü tərəfi var və bu, daha əhəmiyyətli tərəfdir. Erməni cəmiyyəti bu konstitusiya layihəsinə səs verəcəkmi? Ən mühüm sual budur. Yalnız biz onda Ermənistan cəmiyyətinin sülhlə bağlı əhval-ruhiyyəsini dəqiqləşdirmiş olacağıq. Bu, bir siyasi komandanın hüquqi kontekstdə qəbul etdiyi qərardır, amma bu qərar referendum vasitəsilə Ermənistan xalqı tərəfindən təsdiq olunmalıdır. Ona görə də mən düşünürəm ki, hələlik qiymətləndirmə aparmaq tezdir, amma ilkin hüquqi-siyasi iradə kimi əlbəttə ki, bu, irəliyə doğru atılmış bir addım hesab edilə bilər” – deyə deputat əlavə edib.
Röya İsrafilova
21 Noyabr 13:54
1 694
21 Noyabr 13:45
1 862
20 Noyabr 17:01
2 044