Antonio Tayani: Azərbaycana səfərim ikitərəfli əlaqələrə yeni təkan verəcək Siyasət

Antonio Tayani: Azərbaycana səfərim ikitərəfli əlaqələrə yeni təkan verəcək

Azərbaycan bazarı İtaliya üçün çox önəm daşıyır. Çünki biz bazarların şaxələndirilməsi qərarını almışıq və Azərbaycanı da ixrac ölkəsi olaraq qiymətləndiririk.

Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“İtaliya XİN rəhbəri olaraq Azərbaycana səfərim ikitərəfli əlaqələrə yeni bir təkan verəcək. Prezident İlham Əliyev və Mikayıl Cabbarovla, həmçinin Ceyhun Bayramovla görüşlərimiz və sənədlərin imzalanması əməkdaşlığımızı daha da gücləndirəcək. Bu, yalnız iqtisadi yox, həm də siyasi baxımdan əlaqələrin inkişafına təkan verəcək. Gələn ilin əvvəlində də nəzərdə tutulmuş görüşlər var”, - nazir qeyd edib.