Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi gələn ilin ortalarınadək başa çatdırılacaq Siyasət

Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi gələn ilin ortalarınadək başa çatdırılacaq

Ələt Azad İqtisadi Zonasında hava limanının yükdaşıma qabiliyyəti 2 milyon tona çatdırılacaq.

Bunu Ələt Azad İqtisadi Zonası səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonasında yaradılan hava limanının tikintisinin 2027-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.
Valeh Ələsgərovun sözlərinə görə, ilkin mərhələdə hava limanının yükdaşıma qabiliyyəti ildə 500 min ton təşkil edəcək. Gələcəkdə bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır.

Valeh Ələsgərov qeyd edib ki, hava limanının yaradılması Ələt Azad İqtisadi Zonasının logistika və nəqliyyat imkanlarını genişləndirəcək, investorlar üçün əlavə imkanlar yaradacaq. Layihə Azərbaycanın regional nəqliyyat və logistika qovşağı kimi mövqeyinin gücləndirilməsinə də töhfə verəcək.