İran parlamenti nüvə müqaviləsindən çıxmaq barədə qanunu təcili qəbul etməyə hazırdır
İran rəsmisi: ABŞ dəymiş ziyanın əvəzini ödəmədən regionu tərk edə bilməyəcək
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdirilib
İtaliya XİN rəhbəri: 20 Yanvar qurbanlarını yad edərkən çox təsirləndim
14:37
231
ABŞ İrana vurduğu ziyanın əvəzini ödəmədən regionu tərk edə bilməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi bəyan edib.
"Amerikanın İrana ziyan vurduqdan sonra bunun bədəlini ödəmədən regiondan gedə biləcəyi barədə təsəvvürlər, şübhəsiz ki, yanlışdır", – deyə İranın "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.
Əzizinin sözlərinə görə, bu gün İran ABŞ və İsraili öz əməllərinə görə peşman etməyə qadir olan gücə malikdir və əgər onlar yenidən hesablamalarda səhvə yol versələr, onların məhvi və regiondan qaçışı prosesi sürətlənəcək.
Məryəm Quliyeva