“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
28 İyun 2022 12:00
5 894
Azad olunan ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadiyyatına və turzim potensialına müsbət təsir göstərəcək.
Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ötən il azad olunan ərazilərə səfər zamanı işğal dövründə törədilən dağıntıların şahidi olublar.
"Ötən il işğaldan azad edilmiş əraziləri ziyarət etdim. Öz gözlərimizlə dağıntıların şahidi olduq. Həqiqətən ürəkağrıdıcı mənzərə idi. Həmin dağıntılar şübhəsiz ki, oranın turizm potensialına da böyük təsir göstərib. Lakin qısa zaman ərzində aparılan quruculuq işlərinin də şahidi olduq. Ümid edirəm ki, dağıdılmış məscidlər, tarixi-mədəni abidələr qısa zamanda bərpa ediləcək və sakinlərin ixtiyarına veriləcək. Bütün bunlar heç şübhəsiz turizm baxımından ölkə iqtisadiyyatına müsbət təsirini verəcək. Biz də İƏT olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Aparılan quruculuq işləri müsəlman ölkələri tərəfindən də təqdir edilir", -deyə o bildirib.
30 Dekabr 17:05
1 547
30 Dekabr 16:41
1 603
30 Dekabr 16:22
1 659