Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
14 İyul 2022 10:02
5 684
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanla həm dövlət, həm də özəl sektorda müxtəlif layihələr üzrə əməkdaşlığı genişləndirməyə hazırdır.
Bunu Trend-ə bankın Cənubi Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura deyib.
Onun sözlərinə görə, bank davamlı regional inkişaf, təbii ehtiyatlardan istifadə, rəqəmsallaşma və İKT sahələrində layihələrin maliyyələşdirilməsi imkanını nəzərdən keçirə bilər.
"AİB həmçinin şəhər infrastrukturunun davamlı inkişafını, şəhər nəqliyyatı, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində layihələri, özəl sektorun inkişafı üzrə seçilmiş layihələri dəstəkləyə bilər", - deyə M.Çura bildirib.
Onun sözlərinə görə, qarşıdakı təşəbbüslərə Aİ İqtisadi və İnvestisiya Planı çərçivəsində potensial layihələri və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün pulsuz məsləhət dəstəyi və texniki yardımı nəzərdə tutan Şərq Tərəfdaşlığının Rabitəyə İnvestisiya (EPIC) təşəbbüsü daxildir.
Qeyd edək ki, AİB Aİ ölkələrinə məxsus bankdır və 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bank Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı və Aİ ilə Azərbaycan arasında ikitərəfli sazişlər çərçivəsində fəaliyyət göstərir.
12 Dekabr 16:29
945
12 Dekabr 16:27
994
12 Dekabr 16:03
945