Bu il Azərbaycanda hotellərin gəlirləri artıb İqtisadiyyat

Bu il Azərbaycanda hotellərin gəlirləri artıb

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1027,0 min olub.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verilib.
Bildirilib ki, gecələmələrin 55,1 faizi Bakıda, 6,8 faizi Qəbələdə, 6,8 faizi Qubada, 5,5 faizi Qusarda, 5,5 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 3,0 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Xaçmazda, 1,1 faizi Şamaxıda, 0,9 faizi Şuşada və 8,5 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir. Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9 faizi Bakıda, 6,2 faizi Qəbələdə, 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 523,5 min olub ki, bu da ümumi gecələmələrin 51,0 faizini təşkil edir.

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub ki, onun da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4 faiz səviyyəsində olub (2021-ci ilin yanvar-iyun aylarında 9,0 faiz). Bu göstərici Şabranda 90,0 faiz, Naftalanda 27,0 faiz, Beyləqanda 26,7 faiz, Qubada 26,5 faiz, Ağcabədidə 19,6 faiz, Bakıda 18,6 faiz, Lənkəranda 17,6 faiz, Sabirabadda 17,2 faiz, Şuşada 17,1 faiz, Qusarda 16,4 faiz, Qəbələdə 16,4 faiz, Göyçayda 12,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.