İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub edib İqtisadiyyat

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun son oyunu keçirilib.

Trend xəbər verir ki, "Mançester Yunayted" klubu öz meydanında "Liverpul"u qəbul edib.

Oyun meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Yunayted"in heyətində qolları Ceydo Sanço (16-cı dəqiqə), Markus Reşford (53), "Liverpul"un heyətində isə Məhəmməd Salah (81) vurubıar.

Qeyd edək ki, 3 turdan sonra "Mançester Yunayted" 3 xalla 14-cü pillədə, "Liverpul" isə 2 xalla 16-cı pillədə qərarlaşıb.