Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
28 Oktyabr 2022 11:08
3 248
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın bölgələrində texnologiya startaplarını dəstəkləməyə çalışır.
Trend-in məlumatına görə, bunu bu gün AİB-in Azərbaycan üzrə direktoru Kendis Makdeyqan Azərbaycanda texnologiya startaplarının ekosistemi üzrə hesabatın təqdimatı zamanı deyib.
"İstənilən biznesə dəstək ölkənin iqtisadi inkişafına dəstəyin vacib amilidir. Həyat qabiliyyətli biznesə çevrilməsi üçün startapla maliyyələşməyə, infrastruktura və digər vacib elementlərə çıxış imkanları verilməlidir", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda təkcə paytaxtda deyil, bölgələrdə də texnologiya startaplarının inkişafı üçün böyük potensial var.
"Biz həm də gənclər arasında öz startaplarının işə salınması üçün böyük maraq görürük. Bu, həqiqətən də çox vacibdir, çünki bu sahə sürətlə inkişaf edir və gənc nəslin təşəbbüsləri ölkədə startapların uğurunu təmin edəcək", - K.Makdeyqan əlavə edib.
11 Sentyabr 18:10
1 281
11 Sentyabr 17:08
1 274
11 Sentyabr 16:24
1 323