Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
10 Noyabr 2022 13:15
3 731
2023-cü ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişiklik edilməsi nəzərdə tutulur.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.
Onun sözlərinə görə, növbəti il orqan köçürmələri, ürək və damar çatışmazlığı üzrə əməliyyatlar və digər əməliyyatların icbari tibbi sığorta xidmətləri zərfinə daxil edilməsi və həmin əməliyyatlar üzrə say limitinin artırılması nəzərdə tutulur.
“Yeni xidmətlər zərfi aidiyyəti qurumlarla razılaşdırılıb və gözləyirik ki, təsdiqlənsin. Hazırda həmçinin 92 özəl tibb müəssisəsi ilə müqavilə imzalamışıq və xəstələri həmin özəl tibb müəssisələrinə də göndəririk”, - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
11 Sentyabr 18:10
1 470
11 Sentyabr 17:08
1 449
11 Sentyabr 16:24
1 512