“Deputatlar tərəfindən 120-dən çox çıxış edilib”-Tahir Mirkişili İqtisadiyyat

“Deputatlar tərəfindən 120-dən çox çıxış edilib”-Tahir Mirkişili

Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edən parlamentin sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin birinci və ikinci oxunuşları zamanı həm Milli Məclisin komitələrində, həm də plenar iclaslarında deputatlar tərəfindən 120-dən çox çıxış edilib. Komitə sədri bunu parlamentdə büdcənin əraflı müzakirəsi üçün geniş dialoq mühitinin yaradılmasının göstəricisi kimi dəyərləndirib.
Tahir Mirkişili cənab Prezident İlham Əliyevin fərmanı ilə dövlət orqanlarında aparılan struktur islahatları nəticəsində Naxçıvan Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olunmasını diqqətə çatdıraraq, bu dəyişikliyin dövlət büdcəsində də əks olunmasının zərurətinə toxunub.
Komitə sədri bildirib ki, yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçirildiyi üçün dövlət büdcəsində müvafiq dəyişikliklər aparılıb. Belə ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53 milyon manatdan bir az çox olmaqla artırılıb, eyni zamanda icmal büdcənin gəlir və xərclərində isə təxminən 20 milyon manatlıq dəyişiklik edilib. Həmçinin büdcənin strukturunda və indiyədək tətbiq olunan bəzi qaydalarında da müvafiq dəyişikliklər aparılıb.
Xatırladaq ki, qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Əli