Azərbaycan neft hasilatını dondurmağı planlaşdırmır İqtisadiyyat

Azərbaycan neft hasilatını dondurmağı planlaşdırmır

Azərbaycan neft hasilatı həcmini dondurmağı planlaşdırmır. Bunu energetika nazirinin müavini Natiq Abbasov deyib.
Onun sözlərinə görə, ümumdünya neft hasilatında Azərbaycanın payı cüzidir və bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməcəyək.
Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.
Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu isə fevralın 17-nə planlaşdırılıb.
Görüşə İran və İraq nümayəndələri də qatılacaqlar.