Nazirlik: Qiyabi təhsil formasının ləğv edilməsi ilə bağlı qərar mövcud deyil
Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik
Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi üçün torpaq sahələri alınacaq
ABŞ Maliyyə Nazirliyi "şatdaun" səbəbindən iqtisadi artımın yavaşladığını açıqlayıb
24 Yanvar 2023 11:56
4 130
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilər də daxil olmaqla yaxın beş il üçün ətraf mühitin mühafizəsi üzrə strategiyanı təsdiqləyib.
Bu barədə ekologiya və təbii sərvətlər nazirinin məsləhətçisi Rasim Səttarzadə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.
Onun sözlərinə görə, istər nazirliklərlə, istərsə də FAO ilə bir sıra monitorinq işlərinin keçirilməsi gözlənilir.
"Bizim FAO ilə artıq bir çox layihəmiz var və biz bu təşkilatın dəstəyi ilə ətraf mühitin mühafizəsi üzrə layihələrin reallaşdırılmasını davam etdirmək niyyətindəyik. Biz həmçinin, FAO-nun texniki dəstəyi ilə meşələrin inventarlaşdırılmasını həyata keçirdik və müvafiq informasiya sistemi yaratdıq. Beynəlxalq razılaşmalar çərçivəsində biz FAO ilə iqlim dəyişikliklərinin qarşısının alınmasına yönəlmiş layihələr üzrə sıx əməkdaşlıq edirik" - R.Səttarzadə əlavə edib.
17:22
238
15:54
777
15:38
742