24 Yanvar 2023 13:26
3 521
Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyardlıq kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, dinamikaya baxsaq, 2021 ilə 2022-ni müqayisə etsək bu, təxminən 18% azalıb.
Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.
T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.
12 Mart 17:54
1 260
12 Mart 17:29
1 197
12 Mart 16:08
1 176