“Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının analoqu yoxdur“ İqtisadiyyat

“Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının analoqu yoxdur“

Dünən Tiflisdə Gürcüstan parlamentinin sədri David Usupaşvili parlamentdə akkreditə olunmuş jurnalistlərlə görüşüb.
Görüşdə parlamentinin sədri jurnalistlərin müxtəlif suallarını cavablandırıb.
David Usupaşvili martın 4-də Azərbaycanla Gürcüstan arasında təbii qazın nəqlinə dair memorandumun böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Biz yaxın və qonşu strateji tərəfdaş ölkələr olaraq bir-birimizi çox yaxşı başa düşürük. Biz hər bir məsələdə həmişə razılığa gəlirik. Ölkələrimiz yalnız energetika yox, digər vacib sahələrdə də razılığa gəlməyi bacarır. Ölkələrimizin inkişafına xidmət edən belə görüşləri daha geniş kontekstdə inkişaf etdirməliyik".
David Usupaşvili Gürcüstan-Azərbaycanın münasibətlərinin Cənubi Qafqaz regionunda xüsusi əhəmiyyət daşıdığını bildirib: "Bu münasibətlər çox vacibdir. Mən bu yaxınlarda Yaponiyada oldum. Səfər çərçivəsində keçirilən görüşlərdə Gürcüstan-Azərbaycan strateji münasibətlərinin analoqunun olmadığını bildirmişəm".