Soğanın Azərbaycandan ixrac edilməsi məhdudlaşdırıldı İqtisadiyyat

Soğanın Azərbaycandan ixrac edilməsi məhdudlaşdırıldı

Soğanın Azərbaycandan ixrac edilməsinə məhdudiyyət qoyulub.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qeyd edilib ki, baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilib.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə ən maksimum həddə (0,70 AZN/kq) yüksəlib.