

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya sanksiyalar səbəbindən sərbəst qalmış neft ixracının bütün həcminin istiqamətini dəyişdirə bilib və satışlarda azalma müşahidə olunmayıb.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin energetika naziri Nikolay Şulqinov bildirib.
“Sanksiyalarla əlaqədar təkcə neft hasilatı və emalı səviyyəsini deyil, həm də ixracı və müvafiq olaraq federal büdcə gəlirlərini saxlamaq vacibdir. Bu məqsədlə Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrinə neft və neft məhsullarının tədarükünün yönəldilməsi istiqamətində intensiv iş aparılır. Artıq bu gün deyə bilərik ki, biz embarqo ilə əlaqədar qıraqda qalmış ixracın bütün həcmini başqa istiqamətə yönləndirə bilmişik, satışlarda azalma olmayıb”, - nazir qeyd edib.
Bununla yanaşı, Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiyadan Hindistana neft tədarükü keçən il 22 dəfə artıb.
“Çin Xalq Respublikasına və digər bazarlara tədarük artıb”, - Aleksandr Novak əlavə edib.