Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
12 May 2023 11:49
5 558
SOCAR Türkiye 2022-ci ildə rekord iqtisadi göstəricilərə çatıb
Trend xəbər verir ki, bunu "SOCAR Türkiye"nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov cümə günü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına görə, "Petkim"in gəliri 70 faiz artıb.
"Qeyd etmək istəyirəm ki, Star neft emalı zavodunda istehsal göstəriciləri iki dəfədən çox artıb. Biz bu göstəricilərə yüksək texnologiyaların tətbiqi və infrastrukturun modernizasiyası hesabına nail olmuşuq", - o deyib.
E.İbadov təkcə Star və Petkim tərəfindən 120 layihənin həyata keçirildiyini bildirib.
"Onların icrasından büdcəmizə 750 milyon dollar cəlb etmişik", - deyə o əlavə edib.
Qeyd edək ki, SOCAR Türkiye Türkiyədə kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Tərkibinə öz sinfində ən yaxşı şirkətlər olan "Petkim", "TANAP", "STAR Refinery", "SOCAR Terminal", "Petkim RES" (külək elektrik stansiyası), "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və "SOCAR Depolama" daxildir.
Şirkət neft kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur.
25 Sentyabr 18:39
1 120
25 Sentyabr 18:38
1 085
25 Sentyabr 17:34
1 071