.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
Vişeqrad Qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) Azərbaycanla texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir.
Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak deyib.
Onun sözlərinə görə, Dördlük ölkələrinin Azərbaycanın startap şirkətləri ilə yaxın vaxtlara qədər həyata keçirilməsi çətin görünən əməkdaşlığı indi həyata keçirilməsinin ilkin mərhələsindədir.
"Lakin Vişeqrad Qrupuna daxil olan ölkələr Azərbaycanla digər sahələrdə də, məsələn, texnologiya sahəsində əməkdaşlığı davam etdirmək istərdilər", - səfir bildirib.
O əlavə edib ki, bu ayın sonunda Slovakiyanın Vışeqrad Qrupuna sədrliyi başa çatdıqda Bakıda seminar təşkil olunacaq və burada mühüm aspektlərə diqqət yetiriləcək. Əsas diqqət enerji sektorundakı problemlər, maliyyə məsələləri və hazırkı qlobal böhran üzərində olacaq.
Seminarın ikinci hissəsi dünyada baş verən texnoloji dəyişikliklərlə bağlı problemlərə həsr olunacaq.
Qeyd edək ki, iyunun 2-də Bakıda startaplar üçün V4-Azerbaijan Tech Bridge (V4ATB) proqramının həyata keçirilməsinə həsr olunmuş tədbir keçirilib.
Layihənin məqsədi Aİ-nin innovasiya mərkəzləri, özəl investorlar, vençur kapitalı fondları və korporasiyalar kimi startap ekosisteminin iştirakçıları arasında əlaqələr yaratmaqla Vişeqrad Qrupu ilə Azərbaycan arasında innovasiya sahəsində əməkdaşlığı qurmaq və gücləndirməkdir.