AIIB TANAP-a $600 mln. ayırır İqtisadiyyat

AIIB TANAP-a $600 mln. ayırır

Asiya İnfrastruktur İnvestisiyaları Bankının (Asian İnfrastructure İnvestment Bank, AIIB) Direktorlar Şurası 2017-ci ilin martında TANAPlayihəsinin tikintisinə $600 mln. ayrılmasını müzakirə edəcək. Kredit "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılacaq.
"AIIB Dünya Bankı ilə birgə layihənin birgə maliyyələşdirilməsində iştirak edəcək və "Cənub Qaz Dəhliizi" QSC-yə $600 mln. Direktorlar Şurası bu məsələyə 2017-ci ilin martın sonunda baxacaq", - deyə bankın məlumatında bildirilir.
TANAP layihəsinin ümumi dəyəri $8,6 mlrd. təşkil edir. "Bu vəsaitin $2,1 mlrd. borcalanın, $600 mln. AIIB-in, $800 mln. Dünya Bankının, $2,1 mlrd. beynəlxalq maliyyə institutlarının (Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı - red.) payına düşür. $3 mlrd. həcmində kreditinin isə digər kommersiya təşkilatlarından cəlb olunması nəzərdə tutulub", - deyə informasiyada qeyd edilib.