![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
26 İyul 18:03
İlk dörd ay üzrə Azərbaycanda iqtisadi meyllərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov qeyd edib ki, təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5 % proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir:
“Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdcəsinin baza xərclərin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”.