SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq
Azərbaycanla Mərakeş arasında imzalanmış saziş təsdiq edilib
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
11 İyun 2024 12:31
3 024
2024-cü ildə ABB-nin mənfəətliliyi bir qədər də artacaq.
"APA-Economics" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
ABB 2023-cü ildə Qrup olaraq beynəlxalq mühasibatlıq uçotuna görə 380 milyon manat xalis mənfəət əldə edib. Bu isə restruksasiya dövründəki formal mənfəət istisna etsək, ABB tarixində ən yüksək mənfəətdir.
“Bu mənfəətliliyi qoruyub saxlamağı və artırmağı nəzərdə tuturuq. Çünki hər müştərilərimizin sayı artır. ABB-də səmərəlilik ön plandadır. Bu da bizi dolayısı ilə daha effektiv bank halına gətirir. Mənfəətliliyimiz hər il getdikcə artır və səhmdarlara ödənilən dividendlər artır. ABB əsas səhmdarı olan dövlətə son beş ildə dividend, vergi və digər qismdə 1,3 mlrd. manat ödəniş edib”- Abbas İbrahimov əlavə edib.