SOCAR bu il 2,5 mlrd. manatdan çox kredit cəlb edib İqtisadiyyat

SOCAR bu il 2,5 mlrd. manatdan çox kredit cəlb edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il bir sıra yerli və beynəlxalq banklara ümumilikdə 3 milyard 976 milyon manat məbləğində kredit borcu qaytarıb.

"APA-Economics" bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, bu məbləğin 80 milyon manatını istiqraz ödənişləri təşkil edib.

SOCAR həmçinin, bu il maliyyə təşkilatlarından 2 milyard 529 milyon manat məbləğində yeni uzunmüddətli və qısamüddətli kreditlər əldə edib.