“Aİ-nin təsiri sülh prosesini sürətləndirir”
4 Dekabr 22:53
4 Dekabr 22:53
4 Dekabr 22:51
12 Noyabr 2024 12:23
3 353
"Bərpa olunan mənbələr, şəbəkələr, minerallar - hamısı əhəmiyyətli investisiya tələb edir. Avropa İttifaqı ildə 31 milyard dollar təmin edən ən böyük iqlim maliyyəsi mənbəyi olaraq qalır”.
“APA-Economics” xəbər verir ki, bunu Aİ-nin İqlim Fəaliyyəti üzrə komissarı Vopke Hoekstra "Bərpa olunan enerji mənbələrinin həcminin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi" mövzusunda nazirlərin dialoqu zamanı deyib.
O bildirib ki, təkcə dövlət maliyyəsi kifayət deyil. Özəl sektorun ehtiyaclarını ödəmək üçün əlavə investisiyalar cəlb etmək vacibdir: “Bu gün 760 milyon insanın elektrik enerjisinə çıxışı yoxdur, xüsusən də təmiz enerji üçün böyük potensiala malik olan Afrikada bizim işimiz kapitalın dəyərini aşağı salmaqla onlara dəstək olmaqdır” - komissar əlavə edib.
“Bərpa olunan enerjinin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması iddialı, lakin əldə edilə bilən məqsədlərdir Aİ dəstək olmağa hazırdır”, - deyə o, yekunlaşdırıb.
4 Dekabr 15:45
1 085
4 Dekabr 12:29
1 281
4 Dekabr 12:23
1 281