16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
08:10
1 071
Ermənistan Baş naziri Paşinyanın 19-23 yanvar tarixlərində keçiriləcək Davos İqtisadi Forumunda iştirak etməyəcəyi bəyan edilib.
ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov xalqcebhesi.az-a deyib ki, hər il keçirilən Davos İqtisadi Forumu bütün dünya liderlərinin, dünyanın güclü şirkət rəhbərlərinin, iş adamlarının iştirak etdiyi bir elitar diskussiya və müzakirə klubudur. Qarşılıqlı münasibətlərin yaradılmasında, öz uğurlarını dünya ilə bölüşmək istəyən ölkə və iş dünyasının bir-birindən bəhrələndiyi bu forum xüsusi əhəmiyyət kəsb edir, fürsətlər yaradır.
Belə bir tədbirə dəvət almağın özü xüsusi diqqətin təzahürü anlamına gəlir:
"Ermənistan liderinin bu tədbirdən imtina etməsi görünən odur ki, daha vacib ölkədaxili məsələlərin olması ilə əlaqədardır. Seçkiöncəsi Ermənistandakı gərgin siyasi mühit göz önündədir. Kilsə və revanşistlərin hakimiyyət mübarizəsi kəskin hal alıb. Kənardan Ermənistana təzyiqlər artıb. Rusiya və İrandan müxtəlif səviyyələrdə mesaj xarakterli təhdidlər verilir. Bu dumda Baş nazirin ölkəni tərk etməsi görünən odur ki, məsləhət hesab olunmayıb.
Bunlarla yanaşı Ermənistanın bu forumda nümayiş etdirəcəyi hər hansı iqtisadi uğurunun və ya layihəsinin olmadığını da ehtimal etmək olar. İş adamlarının qeyri-stabil Ermənistana maraq göstərəcəyi ehtimalı da zəifdir. Ermənistan iqtisadiyyatı zatən böyük ölçüdə Rusiyanın monopoliyasındadır.
Əvvəlki illərdən fərqli olaraq Ermənistanın Qarabağ problemi də yoxdur ki, bunun üzərindən mövqelərini möhkəmləndirmək üçün diskussiyalar açsın. Bu baxımdan da hesab etmək olar ki, Ermənistanın Davosda deyiləcək sözü qalmayıb. R.T.Ərdoğanın təbirincə desək, Davos Ermənistan üçün yox, Ermənistan Davos üçün bitib".
Cavid
16 Yanvar 21:29
1 897
16 Yanvar 20:47
1 974
16 Yanvar 17:35
2 205