“İsrail atəşkəsdə maraqlı deyil”
10 Mart 21:08
10 Mart 21:08
10 Mart 21:08
10 Mart 21:06
10 Mart 21:01
19 Yanvar 08:16
1 456
Rustavi şəhərində Məbəs bayramı münasibətilə möhtəşəm bayram tədbiri təşkil olunub. Məclis Azər Məmmədovun aparıcılığı ilə açılıb, Hacı Vidadi Qurbanovun Qurani-Kərim tilavəti isə mərasimə dərin mənəvi ab-hava bəxş edib.
Xalqcebhesi.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, vətəndaşlar, Gürcüstanda fəaliyyət göstərən dini qurumların rəhbərləri, beynəlxalq səfirliklərin nümayəndələri, ilahiyyatçılar və din xadimləri iştirak ediblər.
Çıxış edənlər arasında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Gürcüstanın Şərqi müftisi Etibar Eminov, Azərbaycandan dəvət olunmuş din xadimi və ilahiyyatçı Hacı Eldayaq Hüseynov, Azərbaycan səfirliyinin məsul katibi Cavid Məhərrəmov, eləcə də İran səfirliyinin Dini İşlər müşaviri Əli Qurbani və Türkiyə səfirliyinin Dini İşlər müşaviri Mahmud Göl yer alıblar. Onlar Məbəs bayramının mahiyyəti və İslam tarixindəki əhəmiyyətindən söz açaraq iştirakçıları təbrik ediblər.
Tədbir Əhli-beyt məddahı Səid Həsənin ilahiləri, həmçinin körpələrin səsləndirdiyi dini ilahilər və şeirlərlə davam edib. Yekunda iştirakçılar arasında püşkatma keçirilib və hədiyyələr təqdim olunub.
Cavid
10 Mart 22:57
903
10 Mart 21:49
861
10 Mart 21:07
1 001
