Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
26 Noyabr 2024 12:55
2 450
“Bakı Sığorta” ASC lisenziyasının ləğvi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib. Qeyd edilib ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən sığorta şirkətinin lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət edilib. Qanunvericiliklə müəyyən olunan prosedurlar çərçivəsində hazırda “Bakı Sığorta” ASC-nin müraciətinə baxılır.
Qeyd edək ki, sığorta şirkəti bir neçə gün əvvəl ləğv edildiyini açıqlayıb. Bundan əvvəl isə Mərkəzi Bank sığorta şirkətinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsini məhdudlaşdırmışdı.
Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmlərinin 93,3%-i “Bank Respublika” ASC-yə, 6,7%-i isə “Ekolizinq” MMC-yə aiddir.
25 Oktyabr 17:37
1 834
25 Oktyabr 14:18
2 065
25 Oktyabr 14:17
1 876