11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
15 Dekabr 2025 14:30
2 954
Azərbaycan ilə Qazaxıstan energetika sahəsində strateji tərəfdaşlıq edəcək.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərəcək.
11 Noyabr 23:50
581
11 Noyabr 17:54
805
11 Noyabr 17:53
805