Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
28 Dekabr 2024 19:39
4 627
Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə qurumda növbəti Kollegiya iclası keçirilib.
Xalqcebhesi.az Palataya istinadən xəbər verir ki, iclasda kənar dövlət maliyyə nəzarəti tədbirlərində müşahidə edilən bəzi hüquqi problemlər müzakirə olunub.
Qeyd olunub ki, hüquqi aktlarda ziddiyyətlər və boşluqlar bəzi hallarda dövlət vəsaitinin icrasında artıq və əsassız ödənişlərlə, habelə vəsaitdən sui-istifadə ilə nəticələnir. Müzakirələrin nəticəsinə əsasən müvafiq təhlil üzrə arayışın təkmilləşdirilərək aidiyyəti üzrə göndərilməsinə dair qərar verilib.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planı üzrə 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramları təsdiq edilib.
Sonra Kollegiya iclasında Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı 2024-cü ilin yekunlarına dair, həmçinin növbəti ildə qarşıda duran məsələlərə baxılıb.
11 Sentyabr 18:10
1 477
11 Sentyabr 17:08
1 456
11 Sentyabr 16:24
1 519